Endoskopik Frontal Antrostomiya və yaxud Draf 1 əməliyyatı

Endoskopik Frontal Antrostomiya və yaxud Draf 1 əməliyyatı

Burun tənəffüsünin, iybilmənin pozulması, baş ağrıları, burundan mütəmadi selikli axıntı şikayəti 10 ilə yaxındır olan 32 yaşlı gəncdir. Müayinə zamanı pasiyentin hər iki burun keçəcəklərini və bütün burunətrafı ciblərini dolduran polipoid kütlə izlənir. Belə durumlarda dərman müalicəsi nəticə vermədiyi üçün pasiyentə əməliyyat tövsiyə olundu.  

İcra olunan əməliyyat zamanı ümumi burun keçəcəkləri və bütün burunətrafı ciblər təmizləndikdən sonra ən son alın ciblərinin endoskopik açılması və mənfəzindəki kütlələrin təmizlənməsi prosesi öz əksini tapmışdır.  Əməliyyatın bu qismi, yəni alın ciblərinin bu cür açılması, Draf1 (müəllif adına görə) əməliyyatı adlanır. Əməliyyat nadir icra olunan əməliyyatlar silsiləsindəndir. Xüsusi texniki bacarıq  və avadanlıq tələb edən cərrahi müdaxilədir.

Uzman Doktor Otorinolarinqoloq Elnur Əkbərov

Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi (QBB və BBC). Adından məlum olduğu kimi, insanın qulaq, burun və boğaz xəstəliklərini və baş və boyunda yerləşən (göz, beyin və onurğa aparatı xaric) orqan və toxumaların anadangəlmə inkişaf qüsurları və qazanılmış xəstəliklərini müayinə və müalicəsi ilə məşğul olan tibbin bir sahəsidir. Bu sahədə icra olunan müdaxilə və cərrahi əməliyyatlar çox geniş spektri əhatə edir.