Xolestiatoma əməliyyatı

Xolestiatoma əməliyyatı

Xolestiatoma ilə fəsadlaşmış sağ tərəfli xroniki irinli orta otit diaqnozu olan pasyentimin əməliyyatdaxili görüntüsüdür. Əməliyyatın bu fraqmentində orta qulaqda və məməyə bənzər çıxıntıda dağılmalara səbəb olmuş, xolestiatomanın xaric edilməsi anı göstərilir. Videoda görünən ağ rəngli şəkilsiz toxuma xolestiatomadır. Orta qulaqda xroniki irinli proses nəticəsində epidermis toxumasının əmələ gətirdiyi xoşxassəli törəmədir. Lakin bu törəmə əmələ gəldikdən sonra mütəmadi infeksiyalaşmalar nəticəsində böyüyərək ətrafdakı sümük toxumalarını dağıdır. Bu da irinli prosesin müntəzəm davam edilməsinə və dərman müalicəsinə tabe olmamasına şərait yaradır.

Uzman Doktor Otorinolarinqoloq Elnur Əkbərov

Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi (QBB və BBC). Adından məlum olduğu kimi, insanın qulaq, burun və boğaz xəstəliklərini və baş və boyunda yerləşən (göz, beyin və onurğa aparatı xaric) orqan və toxumaların anadangəlmə inkişaf qüsurları və qazanılmış xəstəliklərini müayinə və müalicəsi ilə məşğul olan tibbin bir sahəsidir. Bu sahədə icra olunan müdaxilə və cərrahi əməliyyatlar çox geniş spektri əhatə edir.