Endoskopik septoplastika, sol maksilyar antrostomiya, yad cismin xaric edilməsi əməliyyatı

Endoskopik septoplastika, sol maksilyar antrostomiya, yad cismin xaric edilməsi əməliyyatı

Burunda iybilmənin pozulması, nəfəsalma çətinliyi, kəskin qoxulu ifrazatdan bir neçə ay əziyyət çəkən 23 yaşlı xanım dəfələrlə aparılmış dərman müalicəsi fayda vermədiyi üçün müraciət edib. Müayinə zamanı sol burun keçəcəyində qatı irinli ifrazat və burun arakəsməsinin əyriliyi aşkarlanıb.

Kompüter tomoqrafiyası sol əng cibinin tam dolduraraq burun boşluğuna doğru təzyiq edən həcmli törəmə görüntüsünü üzə çıxarıb. Bu səbəbdən xəstəyə sol tərəfli Hemisinnusitlə fəsadlaşmış sol əng cibinin yad cismi diaqnozu qoyularaq Endoskopik septoplastika, sol maksilyar antrostomiya, yad cismin xaric edilməsi icra olunub. Əməliyyatdan sonrakı dövr fəsadsızdır.

Uzman Doktor Otorinolarinqoloq Elnur Əkbərov

Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi (QBB və BBC). Adından məlum olduğu kimi, insanın qulaq, burun və boğaz xəstəliklərini və baş və boyunda yerləşən (göz, beyin və onurğa aparatı xaric) orqan və toxumaların anadangəlmə inkişaf qüsurları və qazanılmış xəstəliklərini müayinə və müalicəsi ilə məşğul olan tibbin bir sahəsidir. Bu sahədə icra olunan müdaxilə və cərrahi əməliyyatlar çox geniş spektri əhatə edir.