Tireoqlossal kistadan əziyyət çəkən pasiyentin problemi həll olunub

Tireoqlossal kistadan əziyyət çəkən pasiyentin problemi həll olunub

Bir neçə ildir boyunda şişkinlik, udqunma zamanı yad cisim hissi şikayəti olan pasiyentin çəkilmiş baş boyun maqnit rezonans tomoqrafiyasında boynun sol yarısına uyğun olan dilaltı sümüklə əlaqəsi izlənən xoşxassəli törəmə aşkarlanıb. Görüntünün tireoqlossal kista olduğu diaqnozu verilib və dilaltı sümüklə bərabər rezeksiyası (kəsilərək xaric edilməsi) məsləhət görülüb. Əməliyyat nəticəsində pasiyentin problemi həllini tapıb.  

Tireoqlossal kista anadangəlmə xəstəlik olmaqla bərabər özünü adətən 20-30 yaşlarında göstərir.

 

Uzman Doktor Otorinolarinqoloq Elnur Əkbərov

Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi (QBB və BBC). Adından məlum olduğu kimi, insanın qulaq, burun və boğaz xəstəliklərini və baş və boyunda yerləşən (göz, beyin və onurğa aparatı xaric) orqan və toxumaların anadangəlmə inkişaf qüsurları və qazanılmış xəstəliklərini müayinə və müalicəsi ilə məşğul olan tibbin bir sahəsidir. Bu sahədə icra olunan müdaxilə və cərrahi əməliyyatlar çox geniş spektri əhatə edir.