Baş gicəllənməsi: bəzən təcili hospitalizasiya gərəkdir

Baş gicəllənməsi: bəzən təcili hospitalizasiya gərəkdir

Qulaqdan, yəni xarici qulaq keçəcəyindən olan axıntı xarici qulaq keçəcəyi, orta qulaq, kəllə əsası, bəzi tüpürcək vəzi xəstəlikləri və s. patologiyalarda rast gələ bilər.

Xüsusiyyətinə görə axıntı qoxulu/qoxusuz, duru/qatı, şəffaf/bulanıq və davamlı/aralıqlı olaraq görülür. Axıntı spesifik qoxulu, qatı, bulanıq və tək səfər gəldisə, onu qulaq ağrısı müşayiət etmirsə bu çox zaman xarici qulaq keçəcəyinin yığılmış kiridir. Bəzən eyni durum kəskin xarici otitlərdə belə görülə bilər, amma bu patologiyaya şiddətli ağrı xasdır.

Axıntı üfunətli, qatı, bulanıq, bir neçə gün davam edən və zamanla (ildə bir neçə dəfə, əsasən üst tənəffüs yolları infeksiyası sonrası) təkrarlannırsa, həkim xroniki orta qulaq infeksiyasından şübhələnməlidir. Bu durumda eşitmə azlığı da olur. Belə bir durumda baş ağrısı, baş gicəllənməsi, halsızlıq, qulaqda ağrı kimi şikayətlərdə mövcudsa xroniki orta otitin fəsadları (meningit, beyin absesi, labirintit və s.) göz önünə alinmalıdır. Bu halda təcili hospitalizasiya və əməliyyatın keçirilməsi mümkündür.

Şəffaf, duru, qoxusuz, bəzən nəbz atışlı, çox zaman kəllə travması sonrası izlənən axıntı-likvorun (beyin ətrafı maye) axmasının göstəricisidir, yəni təcili hospitalizasiya gərəkdir.

Axıntı qanlı, üst tənəffüs yolu infeksiyası müddətində, əsasən uşaqlarda, axıntı sonrası kəsən qulaqda şiddətli ağrı sonrası başlamışsa qulaq pərdəsinin iltihabını-mirinjiti göstərir. Qısa müddətdə konservativ müalicə ehtiyacdır.

Qulaqdan olan axıntı kəllə travması sonrası qan rəngindədirsə, bu durum baş ağrısı, bəzən şüur pozğunluğu, baş gicəllənməsi və s. şikayətlərlə müşayiət edilirsə, gicgah sümüyünün sınığından şübhələnilməlidir.

Bəzi gicgah sümüyü və ətrafındaki yumşaq toxumaların onkoloji xəstəlikləri də eyni əlamətlərlə təzahür edə bilər.

Uzman Doktor Otorinolarinqoloq Elnur Əkbərov

Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi (QBB və BBC). Adından məlum olduğu kimi, insanın qulaq, burun və boğaz xəstəliklərini və baş və boyunda yerləşən (göz, beyin və onurğa aparatı xaric) orqan və toxumaların anadangəlmə inkişaf qüsurları və qazanılmış xəstəliklərini müayinə və müalicəsi ilə məşğul olan tibbin bir sahəsidir. Bu sahədə icra olunan müdaxilə və cərrahi əməliyyatlar çox geniş spektri əhatə edir.