Haqqımda

Elnur Əkbərov Otorinolarinqologiya tibb sahəsi üzrə Gülhane Hərbi Tibb Akademiyasında uzmanlık dərəcəsi qazanmış azərbaycanlı həkimdir.

O, 1980-ci il mayın 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakının Yasamal rayonu, 158 saylı orta məktəbində alıb.

1996-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsinə qəbul olan Elnur Əkbərov 2000-ci ilə kimi bu ixtisas üzrə, daha sonra 2000-2002 illərdə eyni universitetin Hərbi Tibb fakültəsində təhsilini davam etdirib.

Bir neçə il Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif tibbi müəssisələrində xidmət göstərdikdən sonra Elnur Əkbərov 2009-cu ildə Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) “Qulaq, Burun, Boğaz və Baş, Boyun Cərrahiyyəsi” ixtisası üzrə uzmanlıq təhsilinə başlayaraq 2013-cü ildə təhsilini uğurla bitirib.

Universitet təhsilindən sonra Elnur Əkbərov “American Academy of Otolaryngology–Head and Neck Surgery”, Gülhanə Hərbi Tibb Akademiyası və “Turkish Society of Otorhinolaryngology Head and Neck Surgery” cəmiyyətlərinin təşkil etdiyi bir sıra proqramlarda qoşulub.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında həkimlik fəaliyyətini davam etdirən Uzman Dr. Elnur Əkbərov, həmçinin AAO-HNSF (“American Academy of Otolaryngology – Head and Neck Surgery Foundation”) və Türkiyə KBB-BBC (“Kulak, Burun, Boğaz və Baş, Boyun Cerrahisi”) cəmiyyətlərinin və “Yüz Plastik Cerrahi Derneği”nin üzvüdür.

Uzman Doktor Otorinolarinqoloq Elnur Əkbərov

Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi (QBB və BBC). Adından məlum olduğu kimi, insanın qulaq, burun və boğaz xəstəliklərini və baş və boyunda yerləşən (göz, beyin və onurğa aparatı xaric) orqan və toxumaların anadangəlmə inkişaf qüsurları və qazanılmış xəstəliklərini müayinə və müalicəsi ilə məşğul olan tibbin bir sahəsidir. Bu sahədə icra olunan müdaxilə və cərrahi əməliyyatlar çox geniş spektri əhatə edir.